Dənizkənarı Milli Parkda "Günəşli" qurbanları anılır
13 yanvar 2016 12:25 (UTC +04:00)

Dənizkənarı Milli Parkda "Günəşli" qurbanları anılır

Bu gün Bakıda Dənizkənarı Milli Parkda ötən il dekabrın 4-də Neft Daşlarında, “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza zamanı həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirilir.

 

APA-nın xəbərinə görə, aksiyada ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, həlak olanların yaxınları iştirak edir.

 

İştirakçılar sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 

Dənizə qərənfillər atılıb.

 

Anım mərasimi gün ərzində davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar