Azərbaycanlı alimlər yeni ixtiraya imza atıblar.
Lent.az-ın modern.az saytına istinadən məlumatına görə, alimlər dəniz suyunu yanacağa çevirən cihaz icad ediblər. Bu cihaz vasitəsilə alınan yanacaq təbii qazdan dəfələrlə ucuz başa gəlir. Üstəlik, ekoloji cəhətdən də daha təmizdir.
İxtiranın müəllifləri Mürvət Qəribov və Yusif Abdullayev deyirlər ki, 10 ildir bu ideya üzərində işləyiblər, son üç illərini isə cihazın ərsəyə gəlməsinə sərf ediblər. Beləliklə, dünya praktikasında ilk dəfə dəniz suyundan yanacaq alınıb.
İxtiranın ən böyük üstünlüyü ondan ibarətdir ki, xammalla bağlı heç bir problem yoxdur. Cihaz cəmi 5 min dollara başa gəlib.