Demokratik Jurnalistlər Liqası yeni layihəyə start verib
30 aprel 2015 16:02 (UTC +04:00)

Demokratik Jurnalistlər Liqası yeni layihəyə start verib

 

Demokratik Jurnalistlər liqası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli təhlükəsizlik və dövlət sirri məlumatlarının internet mediada qorunmasına yönəlik ictimai müzakirələr” mövzusunda layihənin icrasına başlayıb.

 

 

Demokratik Jurnalistlər Liqasından Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində tanınmış QHT və onlayn media nümayəndələrinin, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək. Milli təhlükəsizlik və dövlət sirri məlumatlarının internet mediada qorunmasına həsr edilən ictimai müzakirələr, debatlar “Kanal 13” internet kanalında hazırlanaraq canlı yayımlanacaq və həmin televiziya verilişləri Youtube-da, digər sosial şəbəkələrdə yerləşdiriləcək.

 

Eyni zamanda Fasebook-da mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək. Layihənin məqsədi vətəndaş cəmiyyətini narahat edən, Azərbaycanda milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması istiqamətində və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair mövzular üzrə müxtəlif ictimai müzakirələr təşkil etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar