Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı
04 avqust 2016 14:47 (UTC +04:00)

Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

 

Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

 

Onun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt sökülür.

 

N.Əzməmmədov bildirib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyektlər veriləcək: "Bununla bağlı ərazidə obyektləri olan sahibkarlara müraciət etmişik ki, yenidənqurma işləri başa çatana qədər obyektlərin sənədlərini hazırlayıb bizə təqdim etsinlər. Sənədləri təqdim olunan obyektlərin sahiblərinə ərazidə müvafiq yerlər ayrılacaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar