Tələbələr fiziki qüsurluların reabilitasiya mərkəzində olub
20 may 2016 12:04 (UTC +04:00)

Tələbələr fiziki qüsurluların reabilitasiya mərkəzində olub

0

 

Şimali Kiprin Doğu Akdeniz Universitetinin tələbələri İrfan Nadir adına fiziki qüsurluların reabilitasiya mərkəzini ziyarət edib.

 

Tələbələr Sevil Turgay, Tolgay Korkmaz, Ebru Özoğul, Arda Samet Bıyıklı və Fuad Səfərəliyev diplom işləri kimi işlədikləri mövzuyla bağlı adı çəkilən reabilitasiya mərkəzində olub və burada müalicə alan fiziki qüsurlu şəxslərlə əyləncəli bir gün keçirib.

 

Buradakı şəxslərlə müxtəlif əyləncələr təşkil edən tələbələr onlarla birgə oyunlar oynayıb, mahnılar oxuyub, mərkəzdə müalicə alanlara xoş anlar yaşadıblar.

 

Gənclər bundan sonra da sosial məsuliyyət layihələrində fəal iştirak edəcəklərini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar