<b>Rayonlarda qısamüddətli yağış, 34 dərəcə isti </b>
16 iyun 2016 12:35 (UTC +04:00)

Rayonlarda qısamüddətli yağış, 34 dərəcə isti

 

İyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz  25-30, Bakıda gecə 18-20. gündüz 27-29 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

 

Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz  29-34, dağlıq rayonlarda gecə  11-16, gündüz  19-24  dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Fərizə Əhmədova

Oxşar yazılar