Cinayət Məcəlləsinə dəyişiklik edildi
20 may 2015 18:15 (UTC +04:00)

Cinayət Məcəlləsinə dəyişiklik edildi

Prezident İlham Əliyev Milli Məclisin Cinayət Məcəlləsində etdiyi dəyişikliyi təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məcəllədə aşağıdakı dəyişikliklər edilib:

 

1. 194.1-ci maddənin dispozisiyasından “xeyli miqdarda” sözləri, sanksiyasından “və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri çıxarılsın.

 

2. Aşağıdakı məzmunda 194.1-1-ci maddə əlavə edilsin:

 

“194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə -

 

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

3. 194.2-ci maddədə “194.1-ci maddəsində” sözləri “194.1 və ya 194.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar