Cəsur döyüşçü Nazim Abdullayevin anım mərasimi keçirilib
21 aprel 2016 16:52 (UTC +04:00)

Cəsur döyüşçü Nazim Abdullayevin anım mərasimi keçirilib

II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım mərasimi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə N. Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub.

 

Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Nazim Abdullayevin timsalında bütün şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov bildirib ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan N. Abdullayev kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxlayır.

Qeyd edək ki, tədbir Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar