271 əlil peşə hazırlığı kurslarına cəlb edilib
08 iyul 2016 17:44 (UTC +04:00)

271 əlil peşə hazırlığı kurslarına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, yəni 2121 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 270 nəfərdən çoxu əlilliyi olan şəxslərdir. Həmin şəxslərdən 1935 nəfəri, o cümlədən 85 nəfər əlilliyi olan şəxs üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Son 6 ayda nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilənlərin sayı isə 186 nəfər olub. Ümumilikdə peşə təliminə cəlb edilənlərin 271 nəfərini və ya 12,8 faizini əlilliyi olan şəxslər təşkil edib.

 

Bildirək ki, işaxtaran və işsiz vətəndaşlar lazımi peşə və ixtisasları olmadıqlarına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda, yaxud işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olduqda, eləcə də işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə ƏƏSMN tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunurlar.

 

Qeyd olunanlarla yanaşı, yanvar-iyun aylarında nazirlik tərəfindən əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 59058 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar