Buynuz qişanın idxalı və transplantasiyasına icazə verildi
25 aprel 2017 14:07 (UTC +04:00)

Buynuz qişanın idxalı və transplantasiyasına icazə verildi

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına icazə verilməsi ilə bağlı qanunlara dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişikliklər layihəsinə  əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilir.

 

Layihələr səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

APA Baycan

Oxşar yazılar