Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, “Dövlət rüsumu haqqında” Qanununda edilən dəyişikliyə görə, tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün rüsum 50 dollardan 20 dollara endirilib.
Bundan başqa, qanunun indiyə qədər turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı 16.1.8-ci, 16.1.9-cu və 17.8-ci maddələri ləğv edilib. Belə ki, qüvvəyə minən yeni qanuna əsasən bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək.