Pirallahı rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsini içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılması ilə əlaqədar 01 may 2017-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.