2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb.
S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.