Bu il Bakıda 427 nəfər müəllim işə qəbul edilib
14 sentyabr 2015 11:58 (UTC +04:00)

Bu il Bakıda 427 nəfər müəllim işə qəbul edilib

 

“Bu il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müsabiqəyə ümumilikdə 644 vakant yer çıxarılıb”. Lent.az-ın məlumatına görə, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov deyib ki, 644 vakant yerin 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub. Nazirliyin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində isə digər rayonlar, şəhərlər üzrə 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.

 

Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul edilib. C. Bayramov bildirib ki, məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlb edilməsi həyata keçirilib. Məktəbdənkənar təhsil müəssisələrində 2862 dərnəkdə 34776 uşaq məşğul olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar