Bu il 195387 şagird buraxılış imtahanı verəcək
01 iyun 2015 11:33 (UTC +04:00)

Bu il 195387 şagird buraxılış imtahanı verəcək

 

Tələbə qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Buraxılış imtahanları 2, 6, 11, 16 iyun tarixlərində aparılacaq.

 

Lent.az-ın məlumatına görə bu haqda məlumatı TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. M.Abbaszadənin sözlərinə görə, bu il respublika üzrə 88151 nəfər XI sinif, 107236 nəfər isə IX sinif şagirdi buraxılış imtahanında iştirak edəcək. İmtahanlar ümumilikdə respublika üzrə 273 imtahan mərkəzində aparılacaq.

 

 

V ixtisas qrupu üzrə qəbul qaydalarından danışan M.Abbaszadə bu il ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil ( 11 ilik ) bazasında kolleclərə qəbulun cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcəyini bildirib. Tam orta təhsil ( 11 illik ) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanı zamanı şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 sual təqdim ediləcək. İmtahana ayrılan vaxt 2 saat 45 dəqiqədir. Ümumi orta ( 9 illik) təhsil bazasında buraxılış imtahanı zamanı şagirdlərin hər birinə 30 ümumilikdə 60 sual təqdim ediləcək. İmtahana ayrılan vaxt 1 saat 30 dəqiqədir. TQDK sədri imtahan mərkəzlərindən uzaqda yaşayan şagirdlərin rahatlığı üçün pulsuz avtobus xidmətlərinin təşkil olunduğunu da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar