Bakının Qaraçuxur qəsəbəsində içməli su müvəqqəti dayandırılıb. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 17-də gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.