Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün IX sinif üzrə 25192, XI sinif üzrə isə 20855 şagird imtahan verəcək.
Qeyd edək ki, IX və XI sinif buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar hər biri üçün 66 imtahan mərkəzi ayrılıb.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb. IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.