Azvision.az-ın 3 yaşı tamam oldu
01 oktyabr 2015 12:26 (UTC +04:00)

Azvision.az-ın 3 yaşı tamam oldu

0

 

Bu gün "AzVision.az" internet saytının 3 yaşı tamam olur. Lent.az xəbər verir ki, sayt gün ərzində müxtəlif səpkili xəbərlər, müsahibə və analitik yazılarla oxuculara xitab edir.

 

Saytın rəhbəri Vüsal Məmmədov 3 illiklə bağlı hisslərini facebook səhifəsində paylaşıb: “Bu 3 ildə keçdiyimiz böyük yolu mənimlə gələn, mənimlə qalan, AzVision-u birlikdə böyüdən hər kəsə içdən və dərin təşəkkürlər!.. Mən bu redaksiyanı ən azı ailəm qədər sevirəm, burada hər kəs mənə doğmadır, AzVision ailəsinə daxil olan saytlar (AzVision.az, onun xarici versiyaları, Vzglyad.az, Femida.az, Kirpi.info) mənə öz balam kimi əzizdirlər. Hər birinin üstündə zəhmət çəkmişik, çəkirik, çəkəcəyik... Yadımdadır, AzVision.az yeni yaranan vaxtlarda hətta evə getmirdim, həftələrlə ofisdə qaldığım olub...Bu gün biz 30 nəfərlik kollektivlə 3 yaşımızı qeyd eləyəcəyik. Komandamızın hər bir üzvünü təbrik edirəm. "Bərabər yürüdük biz bu yollarda...”

 

Həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar