Bu ətlərin satışı qadağandır -<span style="color:red;"> RƏSMİ AÇIQLAMA
31 oktyabr 2019 13:02 (UTC +04:00)

Bu ətlərin satışı qadağandır - RƏSMİ AÇIQLAMA

Təbiətin insanın qidalanması üçün verdiyi seçim imkanları geniş və rəngarəngdir. Bəzi hallarda bu seçimlərlə kifayətlənməyən insanlar ovlanması qadağan olan, nadir və təbiət yaraşığı olan heyvanları da ovlamağa və satmağa cəhd göstərir.

Məsələn, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ rayonu, Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması faktını aşkarlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Lent.az-a bildirib ki, Azərbaycanda 18 minə qədər heyvan, quş və həşərat növü var: "Bunların 223 növü heyvan  və quşdur  “Qırmızı kitab”a salınıb: Bu kitaba salınan heyvanlar nəsli kəsilmək təhlükəsi olanlardır. Ayı həm “Qırmızı kitab"a düşməsi nöqteyi-nəzərindən, həm də ovuna icazə verilməyən heyvan olduğundan onu ovlamaq qadağandır. Ovuna icazə verilən heyvan sayı çox azdır. Ümumillikdə heyvan və quşları cəmləsək, 15 növ heyvanın ovlanmasına icazə verilir. Qaşqaldaq, alabaxta, bildirçin, qaban, qunduz, çaqqal kimi heyvanların ovuna icazə verilir. Ayı, bəbir, ceyran, kəklik, torağay, qırqovul, turac kimi quş və heyvanların ovuna isə icazə verilmir”.

Nazirlik rəsmisi bildirib ki, son illərdə qanunla ovlanması qadağan edilən heyvanların ovlanması halları o qədər də tez-tez baş vermir. Onun sözlərinə görə,  səbəb bu məsələ ilə bağlı kütləvi olaraq təbliğat işlərinin aparılmasıdır: “İnsanlara ayı, ceyran və digərlərinin təbiətin bir ünsürü olmasını təbliğ etməklə yanaşı, həm də həmin heyvanları ovlayacaqları halda müəyyən cəza növlərinin tətbiq olunacağını açıqlayırıq. Bir müddət əvvəl ceyran ovlanmışdı. Ceyran ovlayan şəxs iki il müddətinə həbs olunur. Təxminən 2000 min manata yaxın da cərimə olunur. Yəni  insanın həyatı korlanır. Buna görə də son illərdə çox nadir hallarda qanunsuz ov halları baş verir. Biz istərdik ki, bu da olmasın. Amma reallıq budur ki, belə hallar bütün ölkələrdə olur. Bizim də əsas funksiyamız ondan ibarətdir ki, bu halları vaxtında aşkaralayaq, onları cəzəlandıraq və  baş verməməsi üçün lazmi qabaqlayıcı tədbirlər görək”.   

Qeyd edək ki, Azərbaycanda 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən heyvanların siyahısında çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq yer alıb.

Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və Avropa cüyürü və digərlərinin ovu qadağandır. 

Qeyd edək ki, Ekologiya və Təbii Ehtiyatlar naziri Muxtar Babayev bugünkü mətbuat konfransında ayı ətini satanlardan danışıb və onlara qarşı ciddi cəzaların tətbiq olunacağını vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7857
avatar

Aygün İbrahimli

Oxşar yazılar