BMT-nin xüsusi mükafatı verilib
17 iyun 2013 22:29 (UTC +04:00)

BMT-nin xüsusi mükafatı verilib

Azərbaycan aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb.

 

Mükafat İtaliyada keçirilən və 180 ölkənin iştirak etdiyi dünya ərzaq sammitində ölkəmizə təqdim olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, mükafat Romada FAO-nun mənzil-qərargahında təşkilatın baş direktoru Joze Qratsiano da Silva tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasova təqdim edilib.

 

Bu mükafat 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunb, Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə nail olmuş ölkələrə təqdim edilib.

 

Azərbaycan hər iki məqsədə nail olub. Mükafatın verilməsində məqsəd aclığa və yoxsulluğa qarşı mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin FAO tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.

 

Qeyd edək ki, Azərbaycan aclığın yarıya qədər azaldılmasına nail olan dünyanın 18 ölkəsi sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar