<b>Bəzi yerlərdə yağış, 25 dərəcə isti </b>
20 may 2016 12:16 (UTC +04:00)

Bəzi yerlərdə yağış, 25 dərəcə isti

 

Mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 20-25,  Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.   

Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz  22-27 dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə,  gündüz 12-17 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə, mayın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Fərizə Əhmədova

Oxşar yazılar