Bəzi elmi müəssisələrin özəlləşdirilməsi qadağan edilə bilər
02 fevral 2016 15:31 (UTC +04:00)

Bəzi elmi müəssisələrin özəlləşdirilməsi qadağan edilə bilər

0

Azərbaycanda bir qrup elmi tədqiqat müəssisələrinin özəlləşdirilməsinin qadağan olunması təklif edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, ikinci oxunuşda yenidən hazırlanmış “Elm haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Qanunun 34-cü (Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi) maddəsinin 2-ci bəndində göstərilir ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar