Bərdədə heyvanlar arasında dabaq aşkarlanıb
25 iyun 2016 14:17 (UTC +04:00)

Bərdədə heyvanlar arasında dabaq aşkarlanıb

0

 

Bərdənin kəndlərində heyvanlar arasında dabaq  virusu yayılıb.

 

Virus bəzi kəndlərdə heyvanların tələfatına səbəb olub. Bərdənin Hacılar kəndində yaşayan Cavan Alıyev APA-nın Qarabağ müxbirinə deyib ki, mal-qarasını qapalı şəraitdə saxlamasına baxmayaraq, qısa müddətdə 15 baş iribuynuzlu xəstəliyə yoluxub. Hələlik xəstəliyin yayılmasının qarşısını almaqda acizdirlər.

 

Böyük Göyüşlü kənd sakini Şahmalı Orucovun isə 20 baş iribuynuzlu heyvanı virusa yoluxub. Artıq heyvanlardan 3-ü tələf olub: “Bu gedişlə qalanı da öləcək. Gəlib, maraqlanan yoxdur”.

 

 

Bərdə rayon Baytarlıq İdarəsindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. İdarədən qurumun rəisinin yol kənarında yaşıllaşdırma işi apardığı, əməkdaşların isə hesabat hazırladığı üçün müsahibə verməyə vaxtlarının olmadığı bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar