BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi
03 fevral 2016 12:09 (UTC +04:00)

BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi

0

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib.

 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Şamil Vəliyevin yaxınları məlumat verib. 

 

Ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir. 

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”. 

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar