Temperatur yüksəlir: <span style="color:red;">11 dərəcə isti
30 yanvar 2016 12:32 (UTC +04:00)

Temperatur yüksəlir: 11 dərəcə isti

Yanvarın 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeronda gecə 2-4, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar