Bayram günlərində 7 nəfər alkoqoldan zəhərlənib
23 mart 2016 11:13 (UTC +04:00)

Bayram günlərində 7 nəfər alkoqoldan zəhərlənib

 

“Bayram günlərində 8 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib". 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

 

Onun sözlərinə görə, dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb və mərkəzə müraciət edən həmin şəxslər ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Şöbə müdiri bayram günlərində Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayını da açıqlayıb.

Şöbə müdiri deyib ki, bayram günlərində 5 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib: “Dərman zəhərlənməsinə səbəb daha çox soyuqdəymə əleyhinə olan parasetamol, teraflu dərmanları olub, hansı ki qəbulu zamanı əks təsir göstərib. Bundan başqa, bu bayram günlərində ümumilikdə 7 alkoqol zəhərlənməsi faktı yaşanıb”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Fərizə Əhmədova

Oxşar yazılar