İyunun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Bakı Tennis Akademiyasında baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.
Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.