Putin azərbaycanlı səfirə  rütbə verdi
01 noyabr 2025 13:03 (UTC +04:00)

Putin azərbaycanlı səfirə rütbə verdi

0

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Mavrikiydəki səfiri əslən azərbaycanlı İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

Lent.az xəbər verir ki, müvafiq sərəncam hüquqi aktların rəsmi dərc portalında yerləşdirilib.

Putin Zeynalovanı 13 sentyabr 2024-cü ildə Rusiyanın Mavrikiydəki səfiri təyin edib. Bundan sonra o, jurnalist karyerasını başa vuracağını açıqlayıb.

1997-ci ildə Zeynalova televiziya sahəsində karyerasına başlayıb və “Rossiya” telekanalında “Vesti nedeli” proqramı üçün reportajlar hazırlayıb. 2003-cü ildə o, “Birinci kanal”a keçib.

2012-ci ildən 2016-cı ilin iyul ayına qədər Zeynalova “Birinci kanal”da “Voskresnoye vremya” adlı yekun xəbər proqramını aparıb. 2016-cı ilin payızında isə o, NTV telekanalına keçərək burada da yekun xəbər buraxılışını aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar