Biznesmen yatdığı yerdə quduzluğa yoluxdu
01 noyabr 2025 14:00 (UTC +04:00)

Biznesmen yatdığı yerdə quduzluğa yoluxdu

0

Rusiyanın iri şərab istehsal şirkəti UPPA Winery-nin sahibi Pavel Şvets gecə yuxuda olarkən ona hücum edən samurun dişləməsi nəticəsində quduzluğa yoluxub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə, biznesmen yatarkən baş verib. Şvets həyat yoldaşı və şpisi (it cinsi olan pomeran şpis) ilə birlikdə Sevastopolda şərab zavodunun yaxınlığındakı evdə gecələyib. Yuxuda olarkən o, bədəninin üzərindən bir heyvanın süründüyünü və onun yüngülcə dişlədiyini hiss edib.

Şvets bunu şpisinin etdiyini düşünüb. Lakin tezliklə evə vəhşi samurun girdiyini anlayıb. Heyvan açıq pəncərədən içəri daxil olub və ona hücum edib. Biznesmen qorxudan samuru əlinə alaraq, çölə atıb.

Əvvəlcə o, ağrı və ya quduzluq əlamətləri hiss etməyib. Lakin ertəsi gün ehtiyat üçün həkimə müraciət edərək peyvənd olunmağı xahiş edib. Sonradan şərabçı samuru şərabçılıq təsərrüfatının ərazisində yenidən tutub. Heyvan aqressiv davranıb və insanlardan çəkinməyib. Nəticədə Şvets samuru analizə göndərib. Həkimlər heyvanda quduzluq aşkar ediblər.

Hazırda yoluxmuş şərabçının vəziyyəti stabil qiymətləndirilir. Bildirilir ki, Şvets müalicəsini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar