Rus dilində ən uzun  söz: 55 hərf var
01 noyabr 2025 12:49 (UTC +04:00)

Rus dilində ən uzun söz: 55 hərf var

27

Rus dilində ən uzun söz açıqlanıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, süni intellektdən istifadə edilən araşdırmaya görə, rus dilində ən uzun söz 55 hərfdən ibarət olan “tetrahidropiranilsiklopentiltetrahidropiridopiridin” sifəti ola bilər.

Ekspertlərin aydınlaşdırdığı kimi, bu leksik vahid 2006-cı ildə qeydə alınmış ixtira patentinin adında özünü göstərir.

Qeyd edək ki, "Ginnesin Rekordlar Kitabı"na görə, 2003-cü ildə ən uzun söz "presosomnogorassleditelstvuyushchii" (35 hərf), ondan əvvəl isə "rentgenoelektrokardioqrafik" sözü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
27
# 35863

Oxşar yazılar