Bakı metrosunda ödənişlərlə bağlı  YENİLİK
01 noyabr 2025 14:06 (UTC +04:00)

Bakı metrosunda ödənişlərlə bağlı YENİLİK

0

Bakı metrosunda NFC ödənişlərə başlanılıb.

Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz"- açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar