Niyə sinə ağrısını görməzdən gəlmək olmaz?
01 noyabr 2025 19:22 (UTC +04:00)

Niyə sinə ağrısını görməzdən gəlmək olmaz?

0

Sinə ağrısı ciddi xəstəliklərin göstəricisi ola bilər. Sinədə ağrı həyati təhlükə yaradan xəstəliklərə işarə edə biləcək, narahatlıq doğuran simptomlardan biridir. Hərçənd sinə ağrılarının çoxu infarktla bağlı olmasa da, bəzi nadir xəstəliklər var ki, onları diqqətdən kənarda qoymaq olmaz.

Lent.az bu barədə bəzi məlumatları təqdim edir:

Nadir, lakin təhlükəli xəstəliklərdən biri paroksizmal gecə hemoglobinuriyası (PNH) adlanan qan xəstəlikdir. Bu pozğunluq eritrositlərin sürətli parçalanmasına və tromb yaranma riskinin artmasına səbəb olur ki, bu da ürək tutmasına bənzər güclü sinə ağrılarına gətirib çıxara bilər.

PNH olduqca nadir diaqnozdur hər bir milyon insandan cəmi 13-də rast gəlinir. Lakin onun simptomları təhlükəlidir. Sinə ağrısından əlavə, xəstələr çox vaxt anemiya səbəbindən yorğunluq, zəiflik, dərinin solğunluğu və təngnəfəslik yaşayırlar. Həmçinin səhərlər tünd rəngli sidik, baş ağrıları, başgicəllənmə və tez-tez infeksiyalar da xarakterik əlamətlərdir. Əgər tromblar ağciyər və ya ürək damarlarında yaranarsa, bu, ağır fəsadlara gətirib çıxara bilər. Bu halda sinə ağrısı qısa müddətli iynələnmədən tutmuş daimi sıxıcı təzyiqə qədər dəyişə bilər. Xüsusilə ağrı qola, çənəyə və ya kürəyə yayılırsa və təngnəfəslik, başgicəllənmə, tərləmə və ya huş itirmə ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır.

Ağrının davam etmə müddəti də önəmlidir. Əgər diskomfort 10–15 dəqiqədən çox davam edirsə və insan istirahət vəziyyətindədirsə, bu ciddi xəstəliyin siqnalı ola bilər. PNH üçün isə əlavə əlamətlər qarın ağrısı, ödem və trombların yaratdığı işemiya nəticəsində qusma xarakterikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar