Göygöldə fəhlənin maaş davası ona baha başa gəlib.
Lent.az xəbər verir ki, tikintidə fəhlə işləyən 32 yaşlı Firudin İsayev (ad və soyad şərtidir) əmək haqqını ala bilmədiyinə görə şəhərin Aydın Hacıyev küçəsində telefonda rəhbərliklə mübahisə edərək, nalayiq ifadələr işlədib.
Bu zaman yaxınlıqda olan Göygöl rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və hərəkətlərini dayandırmağı tələb ediblər. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayıb.
Firudin ifadəsində əməlindən peşman olduğunu deyib.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.
Göygöl rayon Məhkəməsinin qərarı ilə Firudin İsayev barəsində 8 gün müddətinə inzibati həbs cəzası verilib.
Fərqanə Novruzova