Məhkəmədə sevgilisinə öpüşlə narkotik verən  qadın HƏBS OLUNDU
01 noyabr 2025 13:42 (UTC +04:00)

Məhkəmədə sevgilisinə öpüşlə narkotik verən qadın HƏBS OLUNDU

0

Rusiyanın Novosibirsk şəhərində məhkəmə binasında partnyoruna öpüş yolu ilə narkotik keçirməyə cəhd edən qadın 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, qadın narkotik vasitəni qanunsuz əldə edərək, Kirovski Rayon Məhkəməsinin binasına gətirib. Burada onu ağzına qoyub və sevgilisinin məhkəməyə gətirilməsini gözləyib. Partnyorunu görən qadın ona yaxınlaşaraq, dodaqlarından öpüb və narkotiki ona verməyə cəhd edib.

Lakin məhkəmə icraçıları onun hərəkətlərini görüb və müdaxilə ediblər. Narkotik vasitələr müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar