Türkiyədə kişi ailəsini güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində baş verib.
O.A. gecə saatlarında naməlum səbəbdən ailə üzvlərinə atəş açıb. Nəticədə onun arvadı Mine Arı və əmisi Özgür Arı hadisə yerində ölüblər. O.A.-nın anası M.A. və daha iki nəfər isə yaralanıb.
Yaralılardan M.A.-nın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.