Bakıda küçə itinə  yemək verən  qadın DÖYÜLDÜ
01 noyabr 2025 17:53 (UTC +04:00)

Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ

0

Bakıda qadın evinin qarşısında döyülüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

44 yaşlı İbrahim Əhmədov evinin qarşısında bir qadının itə yemək verdiyini görərək, qadından iti dərhal oradan uzaqlaşdırmasını tələb edib:

"Həmin it qonşuda toyuq-cücələri yediyinə görə qadından tələb etdim ki, iti də götürüb uzaqlaşsın. Qadın israrla bunu etməyəcəyini dedikdə daş götürüb itə atdım. Bu zaman o, əlindəki mobil telefonla məni çəkərək “Allah bəlanı versin heyvan düşməni” dedi. Həmin vaxt evdən çıxan həyat yoldaşım təhqir olunduğumu eşidəndə mübahisə böyüdü və onlar bir-birinin saçını yolub vurmağa başladılar. Mən onları aralamaq istəyəndə gördüm ki, yerə düşən telefon qırılıb. Hirsimdən cihazı yerə çırpdım".

Nəticədə İbrahim Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə protokol tərtib olunub.

Səbail rayon Məhkəməsinin qərarı ilə İbrahim Əhmədov haqqında 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar