Rusiyada qaraçıların hər şeyini əllərindən alıb döyüşə apardılar - VİDEO
01 noyabr 2025 13:07 (UTC +04:00)

Rusiyada qaraçıların hər şeyini əllərindən alıb döyüşə apardılar - VİDEO

0

Rusiyanın Tula vilayətinin Plexanovo qaraçı qəsəbəsindən onlarla insan güc strukturlarının genişmiqyaslı reydi nəticəsində hərbi komissarlığa aparılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, geniş əməliyyat zamanı 35 nəfər hərbi komissarlığa gətirilib. Həmçinin Rusiya hüquq-mühafizə orqanları təxminən bir milyon rubl pul müsadirə edib və beş avtomobili həbsə alıb.

43 evdə borclara görə elektrik enerjisi kəsilib. Bundan əlavə, yol polisinin cərimələri və vergilərin ödənilməməsinə görə 24 əmlak müsadirə aktı tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar