Bakıdan Türkiyənin daha iki hava limanına uçuşlar başlayır
23 yanvar 2016 12:53 (UTC +04:00)

Bakıdan Türkiyənin daha iki hava limanına uçuşlar başlayır

 

 

Azərbaycandan Türkiyənin Qazipaşa və Alanya hava limanlarına birbaşa aviareyslər həyata keçiriləcək.

 

APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

 

M. Çavuşoğlu Qazipaşa və Alanyaya birbaşa aviareyslərin Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək.

 

Türkiyə XİN rəhbəri Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslərin həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda məsələ ilə bağlı danışıqlar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246

Oxşar yazılar