Bakıda suda boğulanların, gün vuranların, ilan sancanların - STATİSTİKASI
24 iyun 2013 12:11 (UTC +04:00)

Bakıda suda boğulanların, gün vuranların, ilan sancanların - STATİSTİKASI

“İyun ayında iki nəfər gün vurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkim müavininin sözlərinə görə, bu ay ərzində iki nəfərin suda boğulması ilə bağlı tibbi yardıma müraciət olunub: “Təəssüf ki, həmin şəxslər artıq həkimlər ora gedənə qədər ölüblər”.

 

O. Şahmalıyev ilan sancmaları ilə bağlı statistikanı da açıqlayıb. O qeyd edib ki, apreldən bəri 6 nəfər ilan sancması ilə bağlı tibbi yardıma müraciət edib: “İlan sancmaları əsasən Bakı ətrafı kəndlərdə baş verib”.

 

Baş həkimin müavini vətəndaşlara günvurma ilə bağlı məsləhətlər də verib: “Yaxşı olar ki, insanlar günəşli havada gəzməsinlər. Saat 11.00-dan 17.00-dək açıq havada olmasınlar. Bundan başqa, vətəndaşlar açıq havada qoruyucu vasitələrdən-çətirlərdən, baş örtüyündən istifadə etsinlər”. 

 

O. Şaxmalıyevin sözlərinə görə, günvurmanın özünü pis etmədən huşun itirilməsinə qədər əlamətləri var: “Belə hallar baş verdikdə mütləq həkimə, təcili yardıma müraciət etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar