Kartınızla aparılan əməliyyatlardan, kart hesabınızda baş verən dəyişiklərdən daim xəbərdar olmaq istəyirsinizsə, Unibankın yenilənmiş SMS-banking xidmətindən faydalanın!
Mükəmməl sms xidməti ilə siz istədiyiniz vaxt kartdakı balansınızı öyrənə, kartınızı bloklaşdıra və blokdan azad edə, sms –banking xidmətinə qoşulan nömrələrinizi dəyişə və digər xidmətlərdən faydalana bilərsiniz. Sms- banking xidmətinə qoşulmaq üçün bankda qeyd olunan mobil nömrənizdən 8117 nömrəsinə sms göndərməyiniz kifayət edir.
Sms-banking xidmətində yenilənmiş funksiyaların verdiyi çoxsaylı imkanların bir neçəsi bunlardır:
SMS- məlumatlandırma – kartla həyata keçirilən əməliyyat haqqında kart sahibinin mobil nömrəsinə göndərilən SMS- bildiriş imkan verir ki, müştəri kartından onun sərəncamı olmadan edilə biləcək hansısa əməliyyatlardan vaxtında xəbərdar olsun.
Kartınızı bloklamak zərurət yaranarsa, kartın üzərindəki 16 rəqəmin sonuncu dördünün qarşısına “card off” yazaraq 8117 qısa nömrəsinə göndərməyiniz kifayətdir.
Kartınızı blokdan çıxarmaq üçün isə həmin dörd rəqəmin qarşısına “card on” yazıb 8117 qısa nömrəsinə göndərə bilərsiniz.
Kartın balansının öyrənilməsi zamanı kartın son dörd rəqəminin qarşısına “balance” yazıb 8117 qısa nömrəsinə göndərməyiniz kifayətdir.
Unibank-ın sms- banking xidmətinin aylıq xidmət haqqı 50 qəpikdir (ekvivalentində). Bankdan yeni kart sifariş edənlər isə 5 AZN ekvivalentində ödəniş etməklə də 1 illik müddətə avtomatik SMS-banking xidmətinə qoşula bilərlər.
Sms- banking xidmətinin müştəriyə verdiyi bütün imkanlarla bu linkdə (http://unibank.az/az/private-clients/sms-banking/) tanış ola bilərsiniz.
Daha ətraflı məlumatı 117 xidmətindən də öyrənmək olar.
Unibank – hər kəsin bankı