Bakıda Ombudsmanların XI Bakı Beynəlxalq Konfrası keçirilir. Lent.az-ın verdiyi məlumata görə, tədbirə dünyanın 10-dan çox ölkəsindən 20-dən artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatik korpusların əməkdaşları, Azərbaycanın dövlət rəsmiləri və millət vəkilləri qatılıblar.
Sayca 11-ci olan bu konfrans “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusuna həsr edilib. İki gün davam edəcək tədbirin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq. Bakı Bəyyannaməsində qarşıdakı illərdə insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi ilə bağlı atılacaq addımlar və beynəlxalq əməkdaşlıq formaları əksini tapacaq.
Bakıda Ombudsmanların XI Bakı Beynəlxalq Konfrası keçirilir
410