Magistratura və rezidentura imtahanlarının vaxtı açıqlandı - <span style="color:red;">YENİLƏNİB
02 fevral 2016 12:04 (UTC +04:00)

Magistratura və rezidentura imtahanlarının vaxtı açıqlandı - YENİLƏNİB

0

 

2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.

 

APA-nın xəbərinə görə, bu barədə TQDK sədrinin Məleykə Abbaszadə məlumat verib.

 

O bildirib ki, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq: “İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək".

 

M. Abbaszadə qeyd edib ki, ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.

 

TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar