Bakıda İslam Oyunları ilə bağlı məktəblilərin fləşmobu
09 may 2017 10:19 (UTC +04:00)

Bakıda İslam Oyunları ilə bağlı məktəblilərin fləşmobu

0

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsert keçirilib.
 
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilidir. 
 
 
1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub.
 
 
Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar