Bakıda həbsxanada futbol matçı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində yeni idman kompleksinin açılışı olub. Müasir standartlara cavab verən kompleksin açılış lentini Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov kəsib.
Daha sonra müəssisə rəhbərliyi tərəfindən idman kompleksinin soyunub geyinmə, idman, trenajor və mətbəx zalı media işçilərinə və Penitensiar Xidmətinin əməkdaşlarına təqdim olunub. Nazir müavini məhbusların reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili üçün yeni qurulan idman meydançasının böyük fayda verəcəyini diqqətə çatdırıb.
“Bildiyiniz kimi, ulu öndər idmanın inkişafına hər zaman diqqət göstərib. Ona görə də biz özümüzə borc bildik ki, bu idman meydançasını bu idman kompleksini bu ərəfədə açılışını təqdim edək”.
Müəssisənin ciddi və ümumi rejimdə cəza çəkən məhkumları arasında keçirilən futbol oyunu böyük marağa səbəb olub. 1-ci hissədə 4:0 məğlub olan ciddi rejimdə cəza çəkən məhkumlar 2-ci hissədə hesabı öz xeyirlərinə dəyişərək 9:5 hesabı ilə qalib gəliblər.
Daha sonra fərqlənən idmançılara kubok, medal və diplomlar təqdim olunub.
277