“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparacaq. ASC-dən Lent.az-a verilən məlumata görə, bu axşam 22:00- dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə ), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətləri rənglənəcək.
Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.