Bakıda 5 dərəcə isti olacaq
27 yanvar 2016 12:52 (UTC +04:00)

Bakıda 5 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

 

Gecə və səhər yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

 

Gecə və səhər yollar buz bağlayacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar