Qusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.
Qusar RPŞ-dən APA-ya faktı təsdiqləyiblər.