Bakı və Abşeronun bəzi hissələrində qaz olmayacaq
06 iyul 2016 13:59 (UTC +04:00)

Bakı və Abşeronun bəzi hissələrində qaz olmayacaq

0

 

Bakının Binəqədi, Xəzər, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 8-də saat 09:00-dan işlər yekunlaşanadək  Abşeron rayonunun Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Sabunçu rayonunun Maştağa qəsəbəsi və Savalan yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar