Bakı və Abşeronun 7 qəsəbəsində yeni içməli su şəbəkələri yaradılıb
31 oktyabr 2017 14:50 (UTC +04:00)

Bakı və Abşeronun 7 qəsəbəsində yeni içməli su şəbəkələri yaradılıb

10 yaşayış məntəqəsində - Bakı şəhəri Binəqədi rayonunun  Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri,  Pirəkəşkül və Qobustan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq. “Azərsu”-dan Lent.az-a verilən məlumata görə, hazırda 7 kənd və qəsəbədə  tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaq.

 

Ümumilikdə, 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

 

Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaq. Ümumilikdə bu layihələrdən 100 min nəfər sakin yararlanacaq.   

 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,  Bakı şəhəri Binəqədi rayonunun  Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəküşkül və Qobustan kəndlərində görüləcək işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 13,32 milyon manat vəsait ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar