Bakı V Avropa Film Festivalı başa çatdı
10 noyabr 2014 16:43 (UTC +04:00)

Bakı V Avropa Film Festivalı başa çatdı

Bakı V Avropa Film Festivalı başa çatıb. APA-nın məlumatına görə, Avropa Film Festivalı proqramında 16 ölkədən - Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıqdan müasir filmlər nümayiş olunub.

 

Festival çərçivəsində rejissor Elçin Musaoğlunun C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filmi də nümayiş olunub.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar